Bəkir Bozdağ səhhəti ilə bağlı problemləri əsas gətirərək Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini vəzifəsindən istefa verib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Vurğulanıb ki, artıq Bozdağ istefa ərizəsini parlament sədrinin ofisinə təqdim edib.

Qeyd edək ki, AKP-nin parlament qrupu onun yerinə yeni sədr müavini seçəcək.

Xatırladaq ki, B.Bozdağ eyni zamanda AKP-nin Şanlıurfa üzrə millət vəkilidir.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto