Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) 1998-2005-ci illərdə rəhbəri olmuş Avqust Hanninq casusluq şübhəsi ilə saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Şpigel” nəşri məlumat yayıb.

Məlumata görə, Federal Prokurorluq bu səhər BND-nin keçmiş rəhbərinin saxlanılması barədə göstəriş verib.

“Buna səbəb Almaniya Baş Prokurorluğu tərəfindən xarici dövlətin xeyrinə casusluq və dövlət sirlərinin toplanması ilə bağlı ciddi şübhələr əsasında aparılan araşdırma olub. Bundan əlavə, Hanninq dövlətə xəyanətə cəhd və kəşfiyyat agenti kimi fəaliyyət göstərməkdə ittiham olunur”, - məlumatda qeyd olunub.

Bundan başqa, dövlət qulluğundan ayrıldıqdan sonra Hanninq uzun illər ərzində Federal Kəşfiyyat Xidmətinin məxfi məlumatlarını qanunsuz yolla əldə edərək ötürüb.

Hanniqlə yanaşı, Bavariyada onun ofisinin keçmiş rəhbəri olmuş Manfred D. adlı şəxs də saxlanılıb. O, işlədiyi dövrdə əldə etdiyi məxfi məlumatları keçmiş rəhbərinə qanunsuz yolla ötürməkdə şübhəli bilinir. İstintaq orqanları Manfredi dövlətə xəyanətə cəhdə kömək etməkdə və xarici dövlətin xeyrinə casusluq etməkdə ittiham edir.

İstintaqın məlumatına görə, 2022-ci ilin iyununadək o, Hanninə çoxsaylı məxfi materiallar olmaqla, təxminən 2000 sənəd verib:

“Təhlükəsizlik dairələrindəki mənbələrə görə, ən azı bir halda Hanninq əldə etdiyi məlumatlardan istifadə edərək xarici kəşfiyyat xidmətinin zabiti üçün analitik hesabat hazırlayıb. Həmin şəxsin hansı xarici dövlət üçün işlədiyi məlum deyil, lakin belə görünür ki, bu, Rusiya olmayıb. Bundan əlavə, Hanninq adı açıqlanmayan başqa dövlətin kəşfiyyatçısı ilə uzun müddət ərzində əlaqə saxlayıb. Güman edilir ki, bu halda da məlumat sızması olub ”.

Nəşr Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbərinin həbsini Almaniya Federativ Respublikasının kriminalistika tarixində misli görünməmiş hal adlandırıb.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto