ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb.

“BUTA.TV” xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən daş artıq ərazidə olub.

Təxminən 10,22 kiloqram ağırlığında olan parça illər ərzində sadəcə qapının qarşısına qoyularaq ağırlaşdırıcı kimi istifadə edilib.

Mazurek sonradan daşın qeyri-adi görünüşündən şübhələnərək onu Mərkəzi Miçiqan Universitetinin geoloqu Mona Sirbeskuya göstərib. Nümunənin araşdırılmasına daha sonra Smitson İnstitutu da cəlb olunub. Təhlillər daşın təxminən 12 faiz nikel ehtiva edən dəmir meteorit olduğunu təsdiqləyib.

Meteoritə tapıldığı şəhərin adı ilə “Edmore” adı verilib və IIIAB sinif dəmir meteorit kimi təsnif edilib. “Edmore” Miçiqan Dövlət Universitetinin Abrams Planetariumuna 75 min dollara satılıb.

Mazurek əldə etdiyi vəsaitin 7500 dollarını Mərkəzi Miçiqan Universitetinin Yer və Atmosfer Elmləri Departamentinə bağışlayıb. Vəsaitin bakalavr tələbələrinin elmi araşdırmalarına dəstək üçün istifadə olunacağı bildirilib.

Fermanın əvvəlki sahibi Mazurekə daşın əraziyə necə gəldiyini də danışıb. Onun sözlərinə görə, 1930-cu illərdə ata və oğul gecə səmadan yerə düşən bir cismin şahidi olublar. Ertəsi gün hadisə yerinə gedən ata və oğul torpaqda yaranmış çuxurda daşı tapıblar. Rəvayətə görə, daş tapıldığı zaman hələ isti olub.

Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı