Son günlər Britaniyadan varlıların Birləşmiş Ərəb Əmirliklərinə üz tutması ilə bağlı məlumat yayılıb. Ümumiyyətlə isə müxtəlif ölkələrdən investorların əsas seçim etdiyi ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir.

BUTA.TV xəbər verir ki, BƏƏ-nin, xüsusən də Dubay və Əbu-Dabinin varlı şəxslər və investorlar üçün cəlbedici olmasının bir neçə əsas səbəbi var.

Əsas səbəblərdən biri və ən əsası əlverişli vergi sistemidir. BƏƏ-də fiziki şəxslərin şəxsi gəlirlərinə, səhmlərdən və ya digər aktivlərdən əldə olunan kapital qazancına bir qəpik də vergi tətbiq olunmur. Qərb ölkələrində (o cümlədən Böyük Britaniyada) miras vergisi 40%-ə çata bildiyi halda, BƏƏ-də bu tip vergilər yoxdur. Bu, sərvətin nəsildən-nəslə ötürülməsini qorumaq üçün böyük üstünlükdür.

BƏƏ-də “Qızıl vizalar” və asan miqrasiya siyasəti mövcuddur. 10 illik “Qızıl viza” daşınmaz əmlak alqı-satqısı, böyük investisiyalar və ya xüsusi peşə sahibləri (sahibkarlar, elm adamları, incəsənət xadimləri) üçün uzunmüddətli rezidentura imkanı yaradır. Həmçinin investorlar ailələri və işçiləri ilə birlikdə ölkədə daimi yaşamaq hüququnu asanlıqla əldə edirlər.

Eyni zamanda, BƏƏ vaxt zonası baxımından Asiya, Avropa və Afrika bazarlarının mərkəzində yerləşir. Dünyanın aparıcı maliyyə mərkəzləri ilə birbaşa uçuşlar, müasir hava limanları və logistika imkanları qlobal iş adamları üçün daha cəlbedicidir.

Ölkə bir müddət İran-ABŞ müharibəsi səbəbindən təhlükəsizlik problemləri yaşasa da, aşağı cinayət səviyyəsi və güclü hüquq-mühafizə sistemi ilə seçilir. Bu da varlı ailələrin təhlükəsizliyini təmin edir. Dünya səviyyəli məktəblər, səhiyyə müəssisələri, otellər, restoranlar və eksklüziv yaşayış kompleksləri elit təbəqənin tələblərinə tam cavab verir.

Qərbdə siyasi qeyri-müəyyənliklərin, vergi artımlarının və tənzimləmələrin sərtləşdiyi bir dövrdə BƏƏ sərvətin sərbəst idarə oluna və böyüdülə biləcəyi etibarlı sığınacaq kimi çıxış edir.

Millimizin baş məşqçisinə ağır ittihamlar - İşə prokurorluq qarışdı Millimizin baş məşqçisinə ağır ittihamlar - İşə prokurorluq qarışdı