Silahlı israilli köçkünlər İordan çayının qərb sahilində, Aqraba yaxınlığında AFP-nin fotojurnalisti, 58 yaşlı Cəfər Aştiyəni döyüblər.

BUTA.TV xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Məlumata görə, Aştiyə fələstinli zeytun fermerlərinə qarşı baş verən zorakılığı işıqlandırırmış. Buna görə də israilli köçkünlər ərazidə ona hücum edərək döyüblər.

Aştiyə baş və bədən nahiyəsindən xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Digər bir fələstinli isə ayağından güllə yarası alıb.

AFP-nin bildirdiyinə görə, israilli əsgərlər hadisə yerinin yaxınlığında olsalar da, müdaxilə etməyiblər.

Millimizin baş məşqçisinə ağır ittihamlar - İşə prokurorluq qarışdı Millimizin baş məşqçisinə ağır ittihamlar - İşə prokurorluq qarışdı