Məktəblərdə təxribat edən bu qara axın hicablı qadınlarımızın təmsilçiləri deyil...
Məktəblərdəki qarapaltarlı gədələrin təxribat videolarına baxanda bir daha əmin oluram ki, bu gün ölkədəki mübarizə hicaba qarşı yox, bax, hicabı bayraq edən bu axına qarşıdır. Təəssüf ki, hicabı üzərində gül kimi daşıyan insanlar hicab altında gizlənən bu zeyniyyətlə mübarizdə məğlub olur.
Bu qara axın, bu zeyniyyət isə dövlətə, hakimiyyətin qərarlarna, qanunlara qarşı deyil, vətənə qarşıdır. Ona görə də bu gün hicaba qarşı görünən bu mübarizəni dövlət yox, vətən aparır, vətən aparmalıdır.
Hamı yaxşı bilir ki, məktəbə hicabla giriş qadağası kiminsə, kimlərinsə cibinə işləmir. Bu faktı ona görə deyirəm ki, videolarda görünən azğınlar, məktəblərin şüşələrini qıran, şüarları qoparan kütlə dövlətin bütün qərarlarının altında pul səbəbi axtarır. Axı bu qadağada mənafe Azərbaycandır...
Tarixin elə bir dönəmində yaşayırıq ki, qardaşımızın şəxsi mənafeyindən azca kənara çıxanda, azacıq öz kövrək mənafeyimizi düşünəndə qardaşımız da bizi acılayır.
Demək olar, bütün sərhədlərimizin kənarında dünyəvilikdən uzaq əxlaq prioritetdir, siyasətdir. Azərbaycan qanunlarında isə ölkəmiz dünyəvidir.
Digər məsələ budur ki, məktəblərdə təxribat edən bu qara axın heç də abırlı, həyalı, hicablı, yaşmaqlı qadınlarımızın, hicabı təqvasında olan kişilərimizin təmsilçiləri deyil. Onlar illərdir kənardan yadların itilədiyi bir bıçağın tiyəsidir; sadəcə bu gün bülöv kimi hicabdan istifadə edir, sabah dollardan istifadə edə bilər.
Bu gün dünyəvi təhsil üçün nəzərdə tutulmuş ocaqlarda dini şüarlar səsləndirən, şüşələri qıranlar sabah bıçaqlarının qanını usanmadan bayrağımıza da silə bilər. Çünki bu təhlükəli kəsim üçün vətən, bayraq, Azərbaycan sonrakı məsələdir; onların öz şüarları, bayraqları var.
Azərbaycan isə bu çətin coğrafiyada, ölkələrin xirtdəyə qədər qan içində olduğu XX əsrin XX illərində heç kəsdən asıllı olmayaraq yaşamaqda israrlıdır. Bura vətənə ismarlıların, torpaqda israrlıların ölkəsidir; burada doğulan hər kəs qanunlarla barışıb yaşamalıdır.
Bu sözləri illərlə dinin içində olan, süni təriqətində doğulub 2022-23 mövsümündə bir çoxları tərəfindən “İran tulası” adlandırılan Sərdar Amin yazır.
2022-ci ildə torpaqlarımızın bir hissəsi ermənidə ikən “Təbriz nağılları” yazanlara qarşı çıxanda mənə qaçqın müxalifət, ölkə iqtibasçıları “İran tulası” deyirdi. Bu gün də, yəqin ki, Təbriz nağıllarına uyanlara qarşı çıxdığıma görə “İbrani tulası” ləqəbi qoyarlar. Çünki həqiqətin bir üzü var. Öz mənafeləri olanları isə bu birüzlü, Allah kimi əzəmətli anlayış - qorxudur - HƏQİQƏT!
Bu gün həqiqət Azərbaycandır. Əsl həqiqətə bağlı olanlar Azərbaycanın, vətənin yanında olmalıdır. Nəinki hicabı, lap Nəsimi kimi dərisini soyunmaq məcburiyyətində qalsa da.
Sərdar Amin
Xüsusi olaraq “BUTA.TV” üçün
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil