Ukraynanın 2 aylıq atəşkəs istəyinə Kremldən cavab
Rusiya Ukraynada uzunmüddətli sülh istəyir və buna nail olmaq üçün lazım olan hər şeyi etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Putinin 60 günlük atəşkəsə razılaşacağı təqdirdə Ukraynada seçkilərin keçirilə biləcəyi barədə açıqlamasına münasibət bildirərkən deyib.
“Rusiya Prezidenti Vladimir Putin dəfələrlə, eləcə də digər səviyyələrdə bəyan edib ki, biz atəşkəs deyil, uzunmüddətli sülh istəyirik və bunun üçün mümkün olan hər şeyi etməyə hazırıq”, - o bildirib.
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil