Zelenskini kim əvəz edə bilər? - Siyahıda 4 nəfər var
ABŞ Prezidenti Donald Trampın Ukraynanı yeni lider seçməyə çağırmasından sonra Vladimir Zelenskini kimlərin əvəzləyə biləcəyi haqda ehtimallar yenidən aktuallaşıb.
BUTA.TV xəbər verir ki, “Nyusvik” Zelenskini əvəzləyə biləcək 4 nəfərin adını açıqlayıb.
Ukrayna ordusunun keçmiş baş komandanı və hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının adı yenə Zelenskinin əsas rəqibi olaraq birinci hallanıb.
İkinci “rəqib” Kirill Budanovdur. Budanov Zelenskinin əsas kadrlarından biri sayılır və Ukrayna hərbi kəşfiyyatının rəhbəri kimi özünü doğruldub. Hazırda Zelenskinin administrasiyasının rəhbəridir.
Üçüncü cəmi 35 yaşı olan Mixail Fyodorovdur, sabiq müdafiə naziri.
4-cü “rəqib” isə Pyotr Poroşenkodur, Ukraynanın sabiq prezidenti.
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil