Azərbaycan Prezidenti İlham Əliyev bu gün İranın daxili işlər naziri İsgəndər Momenini qəbul edib.

“BUTA.TV” xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı.

Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlət başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırladı.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğuladı.

O, Prezident Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, İranın dövlət başçısı Prezident İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Məsud Pezeşkiana çatdırmağı xahiş etdi. Dövlət başçısı da öz növbəsində İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü deyərək, bir neçə gün əvvəl onunla Türkmənistanda keçirdiyi görüşü xatırladı.

Nazir vurğuladı ki, İran Prezidenti ölkələrimizin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.

Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirdi.

İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlət başçısına məlumat verdi.

Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu dedi.

Söhbət zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil