29 ölkənin xarici işlər nazirləri İrana qarşı birgə bəyanat qəbul edib.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Nazirlər İranın sentyabrın 27-də Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin Feyrford aviabazasında baş vermiş hadisəyə aidiyyəti ilə bağlı Böyük Britaniyanın gəldiyi nəticələri qəbul etdiklərini bəyan ediblər.

"İranın və ya hər hansı digər dövlətin maraqları naminə düşmənçilik fəaliyyəti həyata keçirən şəxslər müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaq. İran bizim suverenliyimizi qorumaq, beynəlxalq koordinasiyanı və milli dayanıqlığı gücləndirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və təqsirkarları məsuliyyətə cəlb etmək baxımından birliyimizə və qətiyyətimizə şübhə etməməlidir", - bəyanatda qeyd olunub.

Bəyanatı ABŞ, Avstraliya, Avstriya, Böyük Britaniya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç imzalayıb.

“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil