Kanadada yaşayan Ancelina Lado və Edvard Lado cütlüyü səkkiz il ərzində ikinci dəfə lotereya cekpotunun qalibi olub. 2018-ci ildə 2,5 milyon dollar qazanan cütlük bu dəfə cəmi 4 dollara aldıqları biletlə 675 min dollar əldə edib.

“BUTA.TV” xəbər verir ki, cütlük “Set for Life” adlı lotereya oyununda qalib gəlib.

Onlar mükafatı 25 il ərzində həftəlik 1000 dollar şəklində almaq əvəzinə, 675 min dollarlıq birdəfəlik ödənişi seçiblər.

Edvard Lado ikinci dəfə cekpot qazandıqlarını öyrənəndə təəccübləndiyini bildirib. O, həyat yoldaşı Ancelina Ladonun xəbərinə əvvəlcə inanmadığını, bileti evdə yoxlayana qədər sakitliyini qorumasını istədiyini deyib.

Cənubi Sudandan Kanadaya köçən Ancelina Lado və Edvard Lado cütlüyü 2018-ci ildə 2,5 milyon dollar qazandıqdan sonra da gündəmə gəlmişdi. Həmin vaxt Edvard Lado uduşun ona körpəlikdən bəri görmədiyi anasını tapmaq və Kanadaya gətirmək ümidi verdiyini bildirmişdi.

Səkkiz il sonra qazandıqları ikinci böyük mükafat cütlüyə övladlarının gələcəyi üçün yeni imkanlar yaradıb. Ancelina Lado və Edvard Lado pulu necə istifadə edəcəklərinə dair qərar verməyə tələsməyəcəklərini söyləyiblər.

12 yaşlı şagird özünü məktəb binasından atdı 12 yaşlı şagird özünü məktəb binasından atdı