Türkiyədən Moskvanın Vnukovo hava limanına yola düşən üç sərnişin təyyarəsi Litva üzərindən geri qayıdıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Flightradar24” uçuşları izləmə xidməti məlumat yayıb.

Bildirilib ki, Antalya, İzmir və İstanbuldan istiqamət alan təyyarələr İstanbul hava limanına yönləndirilib.

Marşrut dəyişikliyinin səbəbi açıqlanmasa da, bunun təhlükəsizlik tədbirləri ilə əlaqədar olduğu güman edilir.

“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil