Hörmüz boğazından keçən tanker atəşə tutulub.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.

Tankerin mərmi ilə vurulduğu bildirilib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd olunub ki, hadisə barədə məlumatı gec əldə etdiyindən atəşin dəqiq vaxtını müəyyənləşdirmək mümkün olmayıb.

Hadisə nəticəsində gəminin ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil