İstanbulda güclü leysan: Murad Boz xilas edildi - Video
Video
2026.10.14, 22:31
Türkiyəli məşhur müğənni Murad Boz İstanbulda güclü leysan yağışı nəticəsində su altında qalan studiyada yüzlərlə əməkdaşla birlikdə köməksiz vəziyyətdə qaldığını açıqlayıb.
BUTA.TV xəbər verir ki, müğənni aidiyyəti qurumlardan yardım istəyib.
Murad Boz Ayazağa ərazisində yerləşən “Phoenix” studiyalarını güclü leysan yağışı səbəbindən su basdığını bildirib. O, intensiv yağışdan sonra studiyanın və ətraf ərazinin su səviyyəsinin sürətlə yüksəldiyini, yüzlərlə insanla birlikdə orada köməksiz vəziyyətdə qaldığını qeyd edib.
Müğənni sosial media hesabında ərazidən görüntülər paylaşaraq Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) və İstanbul Yanğınsöndürmə Xidmətinə müraciət edib.
Tanınmış türkiyəli müğənni Murad Boz və Ayazağada yerləşən "Phoenix" studiyasında köməksiz qalan yüzlərlə əməkdaş təxliyə edilib.
Bununla bağlı müğənni özünün sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Jandarma və Sahil Təhlükəsizliyi qüvvələri təxliyə işlərini həyata keçiriblər və səhər saatlarında onlar xilas ediliblər.
Lavrov da Bakıdadır - Yenilənib