İstanbul yağışa təslim oldu, məktəblər bağlandı
Türkiyənin İstanbul şəhərində əlverişsiz hava şəraiti səbəbindən məktəblərdə tədris bir günlük təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə İstanbul Valiliyi açıqlama yayıb.
Qeyd olunub ki, şəhərdə hökm sürən əlverişsiz hava şəraiti həyatın bir çox sahəsinə mənfi təsir göstərib:
“Güclü yağışların yaratdığı fəsadların vətəndaşların gündəlik həyatına təsirini minimuma endirmək məqsədilə bir sıra tədbirlər görülüb. Bütün dövlət və özəl təhsil müəssisələrində 2026-cı il oktyabrın 15-i bir gün müddətinə əyani təhsilə fasilə verilib”.
Qeyd edək ki, İstanbula düşən leysan bir sıra fəsadlar törədib, yollar su altında qalıb.
Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR...