Lavrov Bakıda çinli həmkarı ilə görüşdü
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda çinli həmkarı Vanq Yi ilə görüşüb.
BUTA.TVxəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazirlər ikitərəfli əlaqələri, həmçinin ABŞ ilə münasibətləri, Rusiya-Ukrayna və İran münaqişələri ətrafındakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, AQEM-in VII sammiti oktyabrın 15-də təşkilatın üzv dövlətlərinin nümayəndələrinin iştirakı ilə Bakıda baş tutacaq.
Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR...