Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədə siyasi sığınacaq vermək qərarını yenidən nəzərdən keçirməyəcək.

BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko yerli mediaya müsahibəsində deyib.

“Suriyalı tərəfdaşlarımız Rusiyanın Bəşər Əsədə humanitar səbəblərdən siyasi sığınacaq verdiyini yaxşı bilirlər. Və Dəməşqdəki mövcud hakimiyyət Rusiyanın bu qərarının sarsılmaz olduğunu başa düşür", - Borisenko bildirib.

Qeyd edək ki, Əsəd ailəsi 2024-cü ilin dekabrında silahlı müxalifət Dəməşqi ələ keçirib keçmiş hökuməti devirdikdən sonra Rusiyaya sığınıb.

Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR... Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR...