Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
Azərbaycanda kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.
“BUTA.TV” xəbər verir ki, Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə tarif dərəcəsi aşağıdakı kimi olacaq:
- 100 manatadək köçürmələrdə – 3 qəpik;
- 100,01–1000 manat – 10 qəpik;
- 1000,01–10 000 manat – 50 qəpik;
- 10 000,01–40 000 manat – 2 manat;
- 40 000 manatdan yuxarı – 4 manat tutulma olacaq.
Dollarla edilən ödənişlərə də tarif dərəcəsi müəyyən edilib.
- 100 dollara qədər köçürmələrdə - 0.2 dollar;
- 100.1 – 1000 dollar – 0.5 dollar;
- 1000.1 – 10000 dollar – 2 dollar;
- 10000.1 – 40000 dollar – 10 dollar;
- 40000.1 dollardan yuxarı – 20 dollar tutulma olacaq.
Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?