Bu ölkə Səudiyyə və BƏƏ-yə uçuşları ləğv etdi
İtaliyanın İTA hava yolları şirkəti geosiyasi hadisələr səbəbindən Səudiyyə Ərəbistanı və BƏƏ-yə uçuşları ləğv etmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə aviaşirkətin saytında məlumat verilib.
“Son geosiyasi hadisələr səbəbindən İTA Ər-Riyad şəhərinə uçuşların dayandırılmasını 18 noyabr tarixinə qədər uzadıb. Bundan əlavə, Dubay şəhərinə uçuşlar (30 noyabr tarixinə qədər) əməliyyat səbəblərinə görə dayandırılıb", - açıqlamada bildirilib.
Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR...