Ukraynanın Xarkov vilayətində naməlum şəxs avtomat silahdan atəş açaraq 5 hərbçini öldürüb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Xarkov yaxınlığındakı yaşayış məntəqəsində baş verib.

Mülki geyimli silahlı şəxs Ukrayna ordusunun 72-ci briqadasının hərbçilərinin olduğu evə yaxınlaşaraq atəş açıb, nəticədə beş hərbçi ölüb.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır, şübhəlinin şəxsiyyəti və olduğu yer müəyyənləşdirilir.

Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR... Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR...