Tiktokun 218 sm-lik 26 yaşlı ulduzu öldü - Foto
Foto
Tiktokda özündən xeyli alçaqboylu kişi ilə münasibətləri sayəsində məşhurlaşan çinli bloger Syao Yue 26 yaşında vəfat edib.
BUTA.TV xəbər verir ki, boyu 218 santimetr olan gənc qızın vəfatı barədə onun əri Tsıhao məlumat yayıb.
Qeyd edək ki, Yue böyümə hormonunun həddindən artıq olması ilə əlaqəli nadir xəstəlik olan hipofizar gigantizmdən əziyyət çəkirdi. O, həmçinin ikinci dərəcəli şəkərli diabet xəstəsi idi.
İyul ayında Tsıhao izləyicilərinə arvadının səhhətinin pisləşdiyini bildirmişdi. Qadına hipofiz vəzinin şişi, həmçinin baş və onurğa beynini əhatə edən qişalarda inkişaf edən şiş növü - meningioma diaqnozu qoyulmuşdu. Yuenun beynindəki şişin çıxarılması üçün əməliyyat planlaşdırılsa da, o, həkimlər əməliyyatı həyata keçirə bilmədən ölüb.
Yue Çinin Sıçuan əyalətində anadan olub. O və əri gündəlik həyatlarını əks etdirən videolar vasitəsilə geniş izləyici auditoriyası qazanıblar. Qadının boyu təxminən 218 santimetr, ərinin isə xeyli az, təxminən 165 santimetr olub. Ötən ilin oktyabrında cütlüyün oğlu olub.
Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?