Köçəryanla bağlı vəsatət rədd edildi
Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın vəkillərinin onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.
BUTA.TV xəbər verir ki, bunu Köçəryanın vəkili Aram Orbelyan deyib.
Qeyd edək ki, Köçəryan avqustun 25-də vəzifə səlahiyyətlərindən istifadə etməklə əmlakı dəyərindən aşağı qiymətə qanunsuz əldə etmək işi üzrə saxlanılıb. Avqustun 27-də onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Onun oğlu da həbsdədir.
Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR...