Britaniyalı yazıçı Fey Ueldon 92 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

Yazçının ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ueldon 30-dan çox romanın müəllifidir. Onun “Şeytanın həyatı və sevgisi” adlı romanı əsasında 1989-cu ildə çəkilən “Şeytan” filmi yazıçıya böyük şöhrət gətirib. Filmin baş rolunu məşhur Hollivud aktrisası Meril Strip oynayıb.