ABŞ esminesi Tayvan boğazından keçdi
ABŞ-a məxsus esmines Tayvan boğazından keçib.
BUTA.TV xəbər verir ki, Amerikanın VII donanması məlumat yayıb.
Bildirilib ki, Amerika bununla Hind-Sakit okean regionuna sadiqliyini nümayiş etdirib.
“Arli Berk” sinfindən olan idarəolunan raketlə təchiz edilmiş “Çunq Hun” esminesi Tayvan boğazından planlaşdırılmış şəkildə, beynəlxalq hüquqa uyğun olaraq üzərək keçib”, - deyə bildirilib.