UNESKO Təbriz abidələrini qeydiyyata almayacaq
Təbrizdəki Göy Məscid və Ərk qalası beynəlxalq səviyyədə qeydiyyata alınmaq şansını itirib.
Kult.az xəbər verir ki, bu barədə Təbriz İslam İncəsənəti Universitetinin memarlıq fakültəsinin rəhbəri Əhəd Nəjad İbrahimi məlumat verib.
Onun sözlərinə görə, UNESKO-nun qaydalarına zidd olaraq, hər iki qalanın ətrafında tikinti işləri aparılıb və tarixi sahəsi qorunmayıb.