ABŞ Çinlə gərginlikdən qaçır – hərbi fəallığını azaltdı
ABŞ 2022-ci ildə Tayvan boğazındakı dəniz fəaliyyətini 2018-ci ildən bəri ən aşağı səviyyəyə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Məlumatda görə, ötən il ərzində boğazdan ABŞ Hərbi Dəniz Qüvvələrinin VII donanmasına məxsus ümumilikdə 9 gəmi keçib.
Agentlik bu fəaliyyətin aşağı düşməsini ABŞ-ın Tayvan məsələsinə görə Çinlə gərginliyi azaltmaq kursu ilə əlaqələndirib.