Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib.

Bu barədə BUTA.TV-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq.

Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.