Litva Ukraynaya növbəti hərbi yardım paketini hazırlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda Lvovda brifinq zamanı çıxışında deyib.

“Sizə mübarizədə yardım edəcək havadan müdafiə sistemləri və zenit qurğuları verəcəyik”, - deyə dövlət başçısı jurnalistlərə açıqlamasında bildirib.