Goranboyda qumbaraatan tapılıb.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torpaya bükülmüş 1 ədəd RPQ-7H2 tipli qumbaraatan aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.