Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar yolu ilə Ukraynadakı müharibəyə son qoymağa çalışacam.

BUTA.TV xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Mən yenidən Putinlə telefonla danışacam, çünki bir-birimizlə danışmalıyıq. Məhz Putin Ukraynadan qoşunları çıxarmalı və artıq yüz minlərlə insanın həyatına son qoymuş bu dəhşətli mənasız müharibəni bitirməlidir”, - Şolts bildirib.

Şoltsun sözlərinə görə, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırmayınca bu vəziyyət dəyişməyəcək.