Türkiyədə bütün təhsil ocaqları bağlandı
Türkiyədə bütün təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Mahmud Özər sosial media səhifəsinə paylaşım edib.
Məlumata görə, orta məktəblərdə fevral ayının 20-ə kimi, ali təhsil müəssisələrində isə dərslər növbəti açıqlamaya qədər təxirə salınıb.