Rus ordusu Donetsk vilayətində Baxmut uğrunda döyüşlərdə çıxılmaz vəziyyətə düşə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə ukraynalı ekspert Sergey Qrabski bildirib.

Qeyd olunub ki, Rusiya ordusu fevralın 20-dək Baxmutu ələ keçirmək barədə əmr alıb:

"Düşmən Donetsk vilayətində ən azı müəyyən nəticələr əldə etməyə çalışacaq ki, rusların lideri Vladimir Putin işğalçıların bəzi “nailiyyətləri” barədə danışa bilsin. Ona görə də orada (Baxmut yaxınlığında - red.) şiddətli döyüşlər davam edəcək. Ola bilsin ki, onlar hətta çıxılmaz vəziyyətə düşəcəklər".

Ekspertin fikrincə, ruslar elan olunmuş vaxt çərçivəsində Baxmutu ələ keçirə bilməyəcəklər.