Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xarici işlər naziri Eli Koheni qəbul edib.

BUTA.TV xəbər verir ki, bu barədə Eli Kohen Tvitter səhifəsində paylaşıb.

Görüşdə Qəzza zolağında vəziyyət, HƏMAS-ın əlində olan İsrail əsgərinin meyitinin qaytarılması və İranın nüvə proqramına dair məsələlər müzakirə olunub.

Qeyd edək ki, Eli Kohen Türkiyədə baş verən zəlzələnin nəticələrinn aradan qaldırması çərçivəsində Türkiyəyə səfər edib.