ABŞ-da təyyarə qəzası: 5 nəfər öldü
ABŞ-ın Arkanzas ştatında Litl-Rok milli hava limanı yaxınlığında “Beech BE20” ikimühərrikli təyyarənin qəzaya uğrayıb.
BUTA.TV ABC telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Hadisə nəticəsində 5 nəfərin öldüyü açıqlanıb.
Polis idarəsinin əməkdaşı vurğulayıb ki, həmin vaxt güclü fırtına yaxınlaşırdı: “Bu iki hadisənin bir-birinə bağlı olub-olmadığını bilmirəm, ancaq həmin vaxt güclü külək əsib, bir neçə dəqiqə güclü yağış yağıb”.