Türkiyədə yenidən güclü zəlzələ oldu
Türkiyənin Niğdə vilayətinin Bor rayonunda 5,3 bal gücündə zəlzələ olub.
BUTA.TV xəbər verir ki, məlumatı AFAD yayıb.
Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.