Abdullahiana Cenevrədə "sürpriz": Çıxışı başlayan kimi... - Video
BMT-nin iclasında İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian gözləmədiyi durumla qarşılaşıb.
BUTA.TV xəbər verir ki, İran XİN rəhbərinin BMT-nin iclasında çıxışı başlayan kimi müxtəlif ölkələrin diplomatları və nümayəndələri molla rejiminə etiraz məqsədilə salonu tərk ediblər.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin İnsan Hüquqları üzrə Şurasının 52-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə səfər edib.