Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə doqquz xəstə Xankəndidən Ermənistanın tibb mərkəzlərinə köçürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, daha əvvəl Ermənistana gətirilən 7 xəstə Qarabağa qayıdıb.

Qeyd edək ki, Laçın yolunda aksiya başlayandan indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 144 xəstə Xankəndidən Ermənistana aparılıb.