İrandan Ermənistana gələn sərnişin avtobusu yandı - Foto
İrandan Ermənistan istiqamətində hərəkət edən sərnişin avtobusu yanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə bu gün səhər saatlarında Meğri rayonu ərazisində baş verib.
Avtobusda sərnişinlər olsa da, onlardan heç biri xəsarət almayıb.