Bakının bu ərazilərində su olmayacaq
Magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərsu ASC məlumat yayıb.
Qurum narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.