Gürcüstanda ən yüksək maaşı o alacaq

21:12 - 7 Mart 2024 - GÜNDƏM

 Gürcüstanda ən yüksək maaşı o alacaq

2025-ci ilin yanvarından Gürcüstanda ən yüksək maaşı prezident və baş nazir alacaq.

BUTA.TV xəbər verir ki, müvafiq düzəlişlər ölkə parlamenti tərəfindən yekun oxunuşda təsdiqlənib.

Dəyişikliyə əsasən, prezidentlə baş nazirin maaşı eyni olacaq. Hökumət üzvlərinə və deputatlara gəlincə, onların maaşları yeni düsturla hesablanacaq: baza maaşı tutduğu vəzifədən asılı olacaq əmsalla vurulacaq.

Ən yüksək əmsal prezident və baş nazir üçün 10 olacaq.

Parlamentin sədri, nazirlər, habelə muxtariyyətlərin və muxtar vilayətlərin Ali Sovetinin rəhbərləri üçün əmsal 8.5, nazir müavinləri və digər müavinlər üçün isə 7,25 olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol