Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ" - "Bayer 04" matçı ilə əlaqədar Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində məhdudiyyət tətbiq edilib.
- Əli Əsədov yeni qərar imzaladı
- Çoban işlədiyi fermada ölü tapıldı
- Buzovnada “BYD”yə çırpılan “Niva” aşdı
- Bu kişilər qadın alverinə görə axtarışa verildi - Foto
- Keçmiş məcburi köçkün 1 otaqlı mənzillə təmin olunub? - Video
- Sabiq prokuror qəfil öldü - Foto
- Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
- Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi