Bu gün Laçın rayonunun Zabux kəndində 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, kənd sakinləri ilə bərabər, Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.
Gəlinlə bəy “Vağzalı” sədaları altında toy mağarına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiram əlaməti olaraq sükutla anılıb. Sonra çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər və toy şənliyi başlayıb.
- Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi
- Bakıda bu avtobuslar yeni daşıyıcılara həvalə edildi
- İlham Əliyev fərman imzaladı
- Qarsdan çağırıldı - İstanbula konsul göndərildi
- Sabah dənizdə dalğa artacaq
- Bakıda güclü külək bu vaxt zəifləyəcək
- Bakıda 33, rayonlarda 41 dərəcə isti olacaq
- Rəşad Göyüşov vəzifəsindən ayrıldı - Foto