Bu gün Laçın rayonunun Zabux kəndində 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, kənd sakinləri ilə bərabər, Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.
Gəlinlə bəy “Vağzalı” sədaları altında toy mağarına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiram əlaməti olaraq sükutla anılıb. Sonra çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər və toy şənliyi başlayıb.
- Çoban işlədiyi fermada ölü tapıldı
- Buzovnada “BYD”yə çırpılan “Niva” aşdı
- Bu kişilər qadın alverinə görə axtarışa verildi - Foto
- Keçmiş məcburi köçkün 1 otaqlı mənzillə təmin olunub? - Video
- Sabiq prokuror qəfil öldü - Foto
- Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
- Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi
- İlham Əliyevdən futbolla bağlı - Sərəncam