Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu müşahidə olunan hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən BUTA.TV-a bildirilib ki, hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
"Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.
Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxsus səfərə çıxan sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik".
Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
- Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi
- İlham Əliyevdən futbolla bağlı - Sərəncam
- Bakıda bu avtobuslar yeni daşıyıcılara həvalə edildi
- İlham Əliyev fərman imzaladı
- Qarsdan çağırıldı - İstanbula konsul göndərildi
- Sabah dənizdə dalğa artacaq
- Bakıda güclü külək bu vaxt zəifləyəcək