İnsan orqanizmi universal, bir-biri ilə əlaqəli bir sistemdir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, terapevt, parodontoloq Yelena Martınova çənə sistemində olan problemlərin başda ağrılara səbəb olmasını açıqlayıb.
“Təcrübəmizdə çox olub ki, pasiyent 10 ildir baş ağrısını nevroloqda müalicə etdirir, amma problem dişlərini düzəldəndən sonra bitir. Səbəbsiz baş ağrısı və miqren üçlü sinirin sinir uclarını qıcıqlandırır. Bu sinir kəllə-üz sinirləri içində ən mürəkkəbidir. Dişlərdə əyilmə, biri digərinin yerinə sıxılanda təzyiq artır və bu üz spazmlarına səbəb olur. Çənədəki oynağa təsir artır. Vizual olaraq bu dişlərdə sınıq və çatlara səbəb olur.
Səhərdən başlayan periodik baş ağrıları və yeməkdən, çeynəmədən sonrakı baş ağrıları qeyri-düzgün dişləm səbəbindən ola bilir. Lakin insanlar baş ağrısında dişlərdən şübhələnməyə tələsmir. Vaxtında dişləmi düzəltmək üçün breket qoymayanlar da böyüdükcə baş ağrılarından əziyyət çəkir. Xüsusən ağıl dişləri həmişə problem yaradır. Artıq çənə sümükləri formalaşdıqdan sonra çıxdığı üçün özünə yer tapa bilmir.
8-ci dişdə olan əyri yerləşmə baş ağrısı, 7-ci dişin yerdəyişməsi və damaq iltihabına səbəb olur. Ağızda kariyes, pulpit və peridontin də xroniki iltihab yaratdığı üçün diş köklərindən başa ağrı verir. Uzun müddət müalicə olmadıqda, çənə sümük toxumasının dağılmasına, dişlərin düşməsinə və orqanizmin intoksikasiyasına səbəb olacaq”, - Martınova qeyd edib.
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşıoğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu