Ermənistanda yeni formalaşacaq hökumətin Baş naziri vəzifəsinə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyanın namizədliyi irəli sürülüb.
“BUTA.TV” yerli KİV-ə istinadən xəbər verir ki, partiyanın İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, Paşinyanın namizədliyi parlamentə təqdim olunacaq.
Qeyd edək ki, Ermənistan qanunvericiliyinə əsasən, yeni seçilmiş parlament fəaliyyətə başladıqdan sonra hökumət istefa verir.
Bundan sonra parlament çoxluğunun irəli sürdüyü namizəd baş nazir vəzifəsinə seçilir və yeni hökumətin formalaşdırılması prosesi başlayır.
Xatırladaq ki, Baş nazir bundan öncə sosial şəbəkə hesablarında paylaşım edərək isteva verdiyini açıqlamışdı.
***
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın yenidən Ermənistanın Baş naziri təyin olunması haqda fərman imzalayıb.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video