Daha bir tiktoker həbs edildi

15:57 - 2 Avqust 2026 - GÜNDƏM

 Daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.

BUTA.TV Unikal-a istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü Əlikram Heydərov Səbail Rayon 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərilib.

Məhkəmənin yekun qərarı ilə Əlikram Heydərov 8 sutkalıq inzibati qaydada həbs edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Kartdan-karta köçürmələrə limit qoyuldu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol