Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) BUTA.TV-a verilən məlumata görə, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq.
Bununla əlaqədar olaraq, avqustun 3-də saat 05:00-dan 07:00-dək Məktəb, Xətai Qəsəbə və Asfalt Zavod hava elektrik verilişi xətləri üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Nəticədə Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələrində, həmçinin Abbas Zamanov və Xətai küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri elektrik enerjisi ilə təmin olunacaqlar.
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü