Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

09:58 - 11 Mart 2024 - GÜNDƏM

 Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Gədəbəydə bir gündə 7 nəfər dəm qazından zəhərlənib.

BUTA.TV xəbər verir ki, rayonun Qaradağ kənd sakinləri 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli,1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı, Gədəbəy şəhəri Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynov, rayonun Gərgər kəndindən 2 nəfər - 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər.

Zəhərlənənlərə dərhal təcili tibbi yadım göstərilib. Hazırda vəziyyətlərinin normal olduğu bildirilir. İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol