Qayda pozuntuları, dayanma-durma ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, ölkədə tıxac və digər nəqliyyat infrastrukturu problemlərinin həlli üçün diaqnostika aparılıb:
“Buna görə beynəlxalq mütəxəsislər də dəvət edilib. Əvvəllər aidiyyəti qurumlarla birlikdə hər hansı qərarın razılaşdırılmasına aylar sərf edirdiksə, indi Şurada keçirilən 4 iclasda çox mühüm qərarların qəbuluna nail ola bilmişik.
Son iclaslarımızdan birində avtobus şəbəkəsinin təsdiq edilməsi ilə bağlı qərarımız olub. Velosiped və skuter yolları ilə bağlı da yeni qərarımız olub”.
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!